Главная > Dünya > Baltikyanı ölkələr gələn il Rusiya ilə paylaşılan elektrik şəbəkəsindən ayrılacaq
Baltikyanı ölkələr gələn il Rusiya ilə paylaşılan elektrik şəbəkəsindən ayrılacaq30-11-2024, 17:12. Разместил: azadses |
Baltikyanı ölkələr fevralın 8-də Belarus, Rusiya, Estoniya, Latviya və Litvanın vahid enerji sistemindən ayrılacaq. “Report” xəbər verir ki, bu barədə Estoniyanın milli elektrik şəbəkəsi operatoru “Elerinq”in bəyanatında deyilir. Qeyd olunub ki, hazırda, Estoniya, Latviya və Litvada elektrik cərəyanının tezliyi Rusiyada mərkəzləşdirilmiş şəkildə nəzarət edilən IPS/UPS sistemilə fəaliyyət göstərir. “Kontinental Avropa sistemi ilə sinxronizasiya Baltikyanı ölkələrə müstəqil, sabit və etibarlı tezlik nəzarətini həyata keçirməyə və regionun enerji təhlükəsizliyini yaxşılaşdırmağa imkan verəcək. 8 fevral 2025-ci ildə Baltikyanı ölkələr IPS/UPS sistemi ilə enerji təchizatını kəsəcək və enerji adası rejimində öz enerji sistemlərinin birgə sınaqlarına başlayacaq. Baltikyanı ölkələrin elektrik sistemlərinin kontinental Avropa sistemi ilə sinxronlaşdırılması 9 fevral 2025-ci ildə baş tutacaq”. Vurğulanıb ki, sinxronizasiya Avropa İttifaqı tərəfindən dəstəklənəcək. Aİ sinxronizasiyaya təxminən 1,2 milyard avro xərcləyəcək ki, bu da layihənin ümumi dəyərinin təxminən 75%-ni təşkil edəcək. Вернуться назад |