Главная > Dünya > Lüksemburqun XİN başçısı: Bizdən Gürcüstandakı seçkiləri tanımamağımız xahiş edilib

Lüksemburqun XİN başçısı: Bizdən Gürcüstandakı seçkiləri tanımamağımız xahiş edilib


4-12-2024, 15:43. Разместил: azadses
“Bizdən seçkilərin nəticələrini tanımamağımız xahiş edilib, bu xahiş həm də prezident tərəfindən olub.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Lüksemburqun xarici işlər naziri Ksavye Bettel (Xavier Bettel) NATO-nun xarici işlər nazirləri ilə Brüsseldəki görüşdən əvvəl jurnalistlərə bildirib

"Mən hesabatı görmək istəyirəm - seçkilərin ədalətli olub-olmadığını. Lüksemburqun xarici işlər naziri olaraq mənim fikrimcə, Gürcüstandakı mövcud vəziyyət yaxşı deyil.

Gürcüstan Avropa İttifaqına üzvlüyə yaxın olduqda və danışıqlara başlayanda, onlar düşündülər ki, hər şeyi istədikləri kimi edə bilərlər və düzgün olmayan yola getdilər, Aİ-yə doğru daha da irəliləmədilər. Avropaya gedən yolda dayandılar. Onların hökuməti və Prezidenti arasında daxili problemlərin olduğunu görürəm”, - Lüksemburqun xarici işlər naziri bildirib.

Onun sözlərinə görə, sanksiyalar və cəza haqqında müzakirələr avropalılar üçün xarakterikdir:

“Gürcüstana deyə biləcəyimiz yeganə söz budur - qaydalar var, əgər onlara riayət etmək istəmirsinizsə, onda hələlik! Hasta la vista!” - Ksavye Bettel əlavə edib.


Вернуться назад