Главная > Dünya > Çin ABŞ və Avropaya dron hissələrinin ixracını məhdudlaşdırır
Çin ABŞ və Avropaya dron hissələrinin ixracını məhdudlaşdırır10-12-2024, 13:05. Разместил: azadses |
Çin istehsalçıları dronların yaradılması üçün vacib hissələrin ABŞ və Avropaya satışını məhdudlaşdırmağa başlayıblar. “Report” xəbər verir ki, bu barədə “Bloomberg” adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb. Çində pilotsuz uçuş aparatlarının mühərrikləri, batareyaları və onların uçuş idarəetmə sistemləri istehsalçıları tədarük olunan hissələrin sayını azaldıb və ya təchizatını tamamilə dayandırıblar. Mənbələr qeyd ediblər ki, bu, pilotsuz təyyarələrin hissələrinin ixracına dair daha geniş məhdudiyyətlərin müqəddiməsidir. Qərb rəsmiləri onların gələn ildən qüvvəyə minəcəyini gözləyirlər. Vurğulanıb ki, Çin tələb olunan lisenziyaları təsdiq etməyi dayandıra bilər və istehsalçılardan hissələrin göndərilməsi planları barədə hökumətə məlumat vermələrini tələb edəcək. Вернуться назад |