Главная > Dünya > Üç ölkə İranın nüvə proqramının genişləndirməsini pisləyib
Üç ölkə İranın nüvə proqramının genişləndirməsini pisləyib10-12-2024, 17:21. Разместил: azadses |
İranın yeraltı Fordo obyektində zənginləşdirilmiş uranın istehsalını 60 faizə çatdırmaq üçün nüvə proqramını genişləndirmək istiqamətində atdığı son addımları pisləyirik. “Report” xəbər verir ki, bu barədə Fransa, Almaniya və Böyük Britaniyanın yaydığı birgə bəyanatda deyilir. “İranın istifadədə olan sentrifuqalarının sayının artması, əlavə zənginləşdirmə infrastrukturunun yaradılması üçün hazırlıqlara başlaması və beləliklə zənginləşdirmə imkanlarını daha da artırması barəsində məlumatı öyrənmək bizi son dərəcə narahat edir. Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) lazımi əlavə təminatları həyata keçirə bilməmişdən əvvəl İran yüksək zənginləşdirilmiş uran ehtiyatını artıracaq. Biz İranı bu addımları çəkinməyə və nüvə gərginliyini dərhal dayandırmağa çağırırıq”, - bəyanatda vurğulanıb. Вернуться назад |