Главная > Dünya > Suriyada müvəqqəti hökumətin formalaşdırılması barədə bəyanat verilib
Suriyada müvəqqəti hökumətin formalaşdırılması barədə bəyanat verilib11-12-2024, 08:00. Разместил: azadses |
Suriyanın formalaşdırılmış müvəqqəti hökuməti 2025-ci ilin martınadək fəaliyyət göstərəcək. “Report” “əl-Vətən” qəzetinə istinadən xəbər verir ki, bunu ölkənin müvəqqəti baş naziri vəzifəsini icra edən Məhəmməd əl-Bəşir bildirib. “Müvəqqəti hökumət formalaşdırılıb, o, “xilas hökuməti”ndən olan bir neçə nazirdən ibarətdir. Bu, konstitusiya məsələləri həll olunanadək 2025-ci ilin martına qədər fəaliyyət göstərəcək müvəqqəti hökumətdir”, – əl-Bəşir açıqlayıb. O qeyd edib ki, hökumət ölkənin parçalanmasının qarşısını almaq üçün təhlükəsizliyin təmin edilməsi və dövlət qurumlarının sabitliyinin qorunması ilə məşğul olacaq. Əl-Bəşir əlavə edib ki, Nazirlər Kabineti yeni hökumət formalaşana qədər vətəndaşlara xidmət göstərəcək. Siyasətçi əvvəlki kabinetin nazirlərinin müvəqqəti hökumətə kömək edəcəyinə ümid etdiyini bildirib. Вернуться назад |