Главная > Dünya > Rusiyada 5,4 maqnitudalı zəlzələ qeydə alınıb
Rusiyada 5,4 maqnitudalı zəlzələ qeydə alınıb15-12-2024, 09:43. Разместил: azadses |
Rusyanın Kamçatka yarımadasının Kronotsk körfəzində 5,4 maqnitudalı zəlzələ qeydə alınıb. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Kamçatka vilayəti üzrə Baş İdarəsi məlumat yayıb. "Bu gün dekabrın 15-də səhər Kronotsk körfəzinin akvatoriyasında 5,4 maqnitudalı seysmik hadisə baş verib. Zəlzələ ocağı 123 km dərinlikdə, episentri Milkovo kəndindən 135 km şərqdə yerləşib", - məlumatda deyilir. Yeraltı təkanlar Petropavlovsk-Kamçatka və Vilyuçinsk şəhər dairələrində, həmçinin Yelizovsk rayonunda iki maqnitudada hiss olunub. Sunami təhlükəsi elan edilməyib. Вернуться назад |