Главная > Dünya > Mayottada "Şido" qasırğasından ölənlərin sayı 20 nəfəri keçib

Mayottada "Şido" qasırğasından ölənlərin sayı 20 nəfəri keçib


17-12-2024, 08:56. Разместил: azadses
Mayotte adasında (Fransanın xarici ərazisi) azı 20 nəfər tropik "Şido" qasırğasının qurbanı olub, lakin səlahiyyətlilər ölənlərin dəqiq sayı barədə məlumatları hələ açıqlamağa hazır deyillər.

“Report” xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

Məlumata görə, qasırğada xəsarət alanlardan 21 nəfər ölüb, 45 nəfər xəstəxanalarda reanimasiyadadır. "Məndən ölənlərin sayı barədə soruşmayın. İndi sizə heç bir rəqəm deyə bilmərəm", - Mayottada mətbuat konfransında olan Fransanın daxili işlər naziri Bruno Retayo deyib.


Вернуться назад