Главная > Dünya > Boliviyanın keçmiş prezidentinə insan alveri ittihamı irəli sürülüb

Boliviyanın keçmiş prezidentinə insan alveri ittihamı irəli sürülüb


17-12-2024, 14:00. Разместил: azadses
Boliviyanın Tarixa Departamentinin Prokurorluğu ölkənin insan alverində şübhəli bilinən keçmiş prezidenti Evo Moralesə qarşı ittiham irəli sürüb.

"Report"un məlumatına görə, bu barədə "El Deber" qəzeti məlumat yayıb.

“Bu gün, bazar ertəsi (dünən-red), insan alveri ilə bağlı rəsmi ittihamlar irəli sürülüb. İki nəfərin dindirilməsi üçün çağırışa əməl etmədiyinə görə saxlanılması üçün orderlər var”, - nəşr prokuror Sandra Quterresdən sitat gətirib.

O, bildirib ki, prokurorlar həmçinin sərhəd orqanlarından Moralesin uçuş riski barədə məlumatlandırılmasını istəyiblər. Yaxın günlərdə məhkəmə eks-prezidentin həbsdə saxlanması ilə bağlı prokurorun vəsatətinə baxılması üçün vaxt təyin etməlidir.

İnsan alveri qurbanının anasına da ittiham irəli sürülüb. Müstəntiqlərin fikrincə, 15 yaşlı qızın valideynləri onu Moraleslə dövlət sektorunda karyera qurmaq üçün tanış ediblər. Oktyabrın əvvəlində Boliviyanın ədliyyə naziri Sezar Sayles bildirib ki, yetkinlik yaşına çatmayan şəxs eks-prezidentlə münasibəti nəticəsində hamilə qalıb.


Вернуться назад