Главная > Dünya > Kanadada müxalifət lideri Trüdonu devirməkdə israrlıdır
Kanadada müxalifət lideri Trüdonu devirməkdə israrlıdır21-12-2024, 10:31. Разместил: azadses |
Kanadanın müxalif Mühafizəkarlar Partiyasının lideri Pyer Poilievr Milad tətilinə çıxan parlamentin Baş nazir Castin Trüdo hökumətinə qarşı etimadsızlıq səsverməsinin keçirilməsi üçün təcili çağırılmasını tələb edib. “Report” xəbər verir ki, bu barədə siyasətçi “X” hesabında paylaşıb dib. “Mən Kanadanın Baş Qubernatoru Meri Saymona məktub yazdım ki, Baş nazir İcmalar Palatasının (aşağı palata) etimadını itirib. Odur ki, növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı məsələyə səs vermək üçün ilin sonuna qədər parlament çağırılmalıdır”, - məlumatda deyilir. Castin Trüdoya sadiq olan Kanadanın “Yeni Demokratik Partiyası”nın lideri Caqmit Sinqh, partiyasının 2025-ci ildə hökumətin istefaya getməsi üçün səs verəcəyini vəd edib. Kanada Parlamenti artıq Milad tətilinə çıxıb. İclaslar yanvarın 27-də davam etdirilməlidir. Kanada qanunlarına görə, Baş Qubernator Parlamentin növbədənkənar iclasını çağıra bilər. Xatırladaq ki, 10 dekabrda Kanada parlamentinin İcmalar Palatası (aşağı palatası) üçüncü dəfə müxalif Mühafizəkarlar Partiyasının Baş nazir Castin Trüdoya etimadsızlıq səsverməsinin keçirilməsi təşəbbüsünü dəstəkləməyib. Вернуться назад |