Главная > Dünya > Müdafiə naziri almaniyalı sülhməramlıların Ukraynaya göndərilməsini istisna etməyib
Müdafiə naziri almaniyalı sülhməramlıların Ukraynaya göndərilməsini istisna etməyib21-12-2024, 12:15. Разместил: azadses |
“Ukrayna ərazisinə sülhməramlılar göndərilsə, Almaniya kənarda durmayacaq”. “Report” xəbər verir ki, bunu “Funke” nəşrinə müsahibəsində Almaniyanın müdafiə naziri Boris Pistorius deyib. “Avropanın ən böyük NATO ölkəsi və Avropanın ən böyük iqtisadiyyatı olan Almaniya da buna laqeyd qala bilməz”, – deyə Boris Pistorius əlavə edib. Eyni zamanda Pistorius vurğulayıb ki, münaqişə bitənə qədər Ukrayna torpaqlarında alman əsgərləri olmayacaq. Onun fikrincə, Moskva və Kiyev üçüncü tərəfin iştirakı ilə Ukraynaya sülhməramlıların göndərilməsi barədə razılığa gəlməlidir: “Hazırda hələ çox açıq suallar mövcuddur”. Вернуться назад |