Главная > Dünya > Filippin sahillərində 5,7 maqnitudalı zəlzələ olub
Filippin sahillərində 5,7 maqnitudalı zəlzələ olub28-12-2024, 10:31. Разместил: azadses |
Filippin sahillərində 5,7 maqnitudalı zəlzələ qeydə alınıb. “Report”un xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib. Məlumata görə, zəlzələnin episentri 30 min insanın yaşadığı Dapa bələdiyyəsindən (Siarqao adası) 8,8 km cənub-şərqdə, ocağı 41 km dərinlikdə yerləşib. Zərərçəkənlər və dağıntılar barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib. Вернуться назад |