Главная > Dünya > Meksikada bara hücum nəticəsində 5 nəfər ölüb

Meksikada bara hücum nəticəsində 5 nəfər ölüb


6-01-2025, 09:42. Разместил: azadses
Meksikanın cənub-şərqində Vilyaermosa şəhərində (Tabasko ştatı) bara naməlum şəxslərin hücumu nəticəsində 5 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə ştat hökumətinin mətbuat katibi Fernando Vaskes Rosasa məlumat yayıb.

Onun sözlərinə görə, dövlət və federal hüquq-mühafizə orqanları Tamulte məhəlləsindəki barda 5 nəfərin qətlinə görə məsuliyyət daşıyanların tapılması üçün əməliyyata başlayıb.

İlkin məlumatlara görə, hücum nəticəsində 7 nəfər yaralanıb və onlara artıq tibbi yardım göstərilib.

Hadisənin baş verdiyi ərazi nəzarətə götürülüb, Baş Prokurorluq tərəfindən müvafiq araşdırmaların aparılması üçün tədbirlər görülür.


Вернуться назад