Главная > Dünya > “Gürcü Arzusu” partiyası Britaniya İcmalar Palatasının bəyanatını pisləyib
“Gürcü Arzusu” partiyası Britaniya İcmalar Palatasının bəyanatını pisləyibDünən, 14:00. Разместил: azadses |
Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının siyasi şurası Böyük Britaniya İcmalar Palatasında 14 deputatın Bidzina İvanişviliyə qarşı mümkün sanksiya tətbiq edilməsi təşəbbüsü ilə çıxışını pisləyən bəyanat qəbul edib. Bu barədə “Report”a “Gürcü Arzusu” partiyasından məlumat verilib. Qeyd olunub ki, heç bir əsas olmadan Gürcüstanı avtoritar idarəçilikdən xilas edən və ölkəyə demokratik keçid gətirən ölkənin hakim partiyasının lideri sanksiyalarla hədələnir. Bəyanatda vurğulanıb ki, Böyük Britaniyanın hüququn aliliyi və insan hüquqlarına əsaslanan dövlət kimi nüfuzu belə bir qərarla təhlükə altına düşəcək. Budan əvvəl Gürcüstan Daxili İşlər Naziri Vaxtanq Qomelauri və nazirliyin digər yüksək rütbəli məmurlarına Böyük Britaniya tərəfindən sanksiya tətbiq edilib. Ruslan Həsənov Вернуться назад |