Главная > Dünya > Tramp ABŞ-də tezliklə deportasiya əməliyyatına başlayacağını vəd edib

Tramp ABŞ-də tezliklə deportasiya əməliyyatına başlayacağını vəd edib


Bu gün, 10:32. Разместил: azadses
ABŞ-nin seçilmiş prezidenti Donald Tramp yaxın vaxtlarda Amerika tarixində ən böyük deportasiya əməliyyatına başlayacağını vəd edib.

“Report” xəbər verir ki, siyasətçi Vaşinqtondakı Capital One idman arenasında tərəfdarları qarşısında çıxışı zamanı müvafiq bəyanatla çıxış edib.

“Çox tezliklə biz Amerika tarixində ən böyük deportasiya əməliyyatına başlayacağıq. Bu, hazırda rekord sahibi olan Prezident Duayt Eyzenhauerdən də böyük olacaq”, – o bildirib.

Respublikaçı həmçinin ABŞ-nin 35-ci prezidenti Con Kennedi və Nobel Sülh mükafatı laureatı Martin Lüter Kinqin qətli ilə bağlı məxfi materialları dərc etmək niyyətində olduğunu açıqlayıb.

“Biz prezident Con Kennedi, onun qardaşı Robert Kennedi və doktor Martin Lüter Kinq-kiçiyin qətli, eləcə də böyük ictimai maraq kəsb edən digər mövzularla bağlı qalan qeydləri açıqlayacağıq. Bütün bunlar ictimaiyyətə açıqlanacaq”, – Tramp vurğulayıb.

Trampın andiçmə mərasimi yanvarın 20-də keçiriləcək.


Вернуться назад