Главная > Dünya > Yaponiya müdafiə qabiliyyətini köklü surətdə gücləndirir

Yaponiya müdafiə qabiliyyətini köklü surətdə gücləndirir


7-03-2025, 11:19. Разместил: azadses
Yaponiya milli təhlükəsizlik strategiyasının bir hissəsi kimi müdafiə qabiliyyətini fəal və köklü şəkildə gücləndirir.

"Report"un "Kyodo" agentliyinə istinadən verdiyi məlumata görə, bunu ölkənin müdafiə naziri Gen Nakatani jurnalistlərin Prezident Donald Trampın ABŞ-Yaponiya müdafiə alyansı ilə bağlı bəyanatlarına münasibət bildirmək xahişinə cavab olaraq deyib.

“Hökumət xüsusən milli təhlükəsizlik strategiyasına əsaslanaraq, müdafiə qabiliyyətini fəal və köklü şəkildə gücləndirir”, - o deyib.

Eyni zamanda, Nakatani əlavə edib ki, o, hələ ABŞ Prezidentinin bəyanatlarını şəxsən oxumayıb.


Вернуться назад