Главная > Dünya > Argentinada daşqınlar nəticəsində 6 nəfər ölüb
Argentinada daşqınlar nəticəsində 6 nəfər ölüb8-03-2025, 12:10. Разместил: azadses |
Argentinanın Buenos-Ayres əyalətinin cənubunda baş verən daşqınlar nəticəsində azı 6 nəfər ölüb, 1000-dən çox insan təxliyə edilib. “Report” xəbər verir ki, bu barədə X sosial şəbəkəsində Baiya-Blanka şəhərinin meri Federiko Susbelıes məlumat verib. Merin sözlərinə görə, ziyan görən yaşayış məntəqələrinə 300 mm yağıntı düşüb: “İndiyədək Baiya-Blankadan 375, Heneral-Daniel-Serri ətrafından isə 800-dən çox insan təxliyə edilib. Ölənlərin sayı 6-ya çatıb və hadisənin miqyasını nəzərə alsaq, qurbanların daha çox ola biləcəyi istisna edilmir”. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün əraziyə əyalət və federal qüvvələri cəlb edilib. Вернуться назад |