Главная > Dünya > Ermənistanda zəlzələ olub, qonşu ölkələrdə də hiss edilib

Ermənistanda zəlzələ olub, qonşu ölkələrdə də hiss edilib


8-03-2025, 18:10. Разместил: azadses
Ermənistanın Lori bölgəsində 4,6 maqnitudalı zəlzələ olub.

"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Məlumata görə, yeraltı təkan yerli vaxtla saat 09:27-də Vanadzor şəhərindən 17 km şimal-qərbdə qeydə alınıb.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayaraq bildirib ki, Ermənistanda baş verən zəlzələ Kars vilayətində də hiss olunub.

Məlumata görə, zəlzələ həmçinin Gürcüstanda və Azərbaycanın qərb rayonlarında da hiss edilib.


Вернуться назад