Главная > Dünya > Ermənistanın XİN başçısı bu gün Hindistana rəsmi səfər edəcək

Ermənistanın XİN başçısı bu gün Hindistana rəsmi səfər edəcək


10-03-2025, 15:43. Разместил: azadses
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan martın 10-da Hindistana rəsmi səfər edəcək.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan məlumat yayıb.

Ararat Mirzoyan və Hindistanın XİN başçısı Subrahmanyam Caiyşankar arasında görüş planlaşdırılır.

Həmçinin Beynəlxalq Münasibətlər üzrə Hindistan Şurasında (ICWA) digər görüşlər və müzakirələr də nəzərdə tutulub.

"Bu səfər çox rəmzi bir məqamda baş tutur, çünki bu il ölkələrimiz arasında dostluq və əməkdaşlıq haqqında müqavilənin imzalanmasının 30 ili tamam olur. Müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş gələcək müzakirələri səbirsizliklə gözləyirəm", - o bildirib.


Вернуться назад