Главная > Dünya > Tramp: Vəziyyət pisləşsə, qızılcaya qarşı tədbir görəcəyik

Tramp: Vəziyyət pisləşsə, qızılcaya qarşı tədbir görəcəyik


Dünən, 10:32. Разместил: azadses
Ölkədə qızılca ilə bağlı vəziyyət pisləşərsə, Birləşmiş Ştatlar qətiyyətlə hərəkət edəcək.

"Report"un məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evin jurnalistləri ilə söhbətində deyib.

"Nə olacağını görəcəyik, amma şübhəsiz ki, (qızılca epidemiyası) daha da genişlənsə, qətiyyətlə hərəkət etməliyik", - o deyib.

Eyni zamanda, prezidentin sözlərinə görə, hazırda xəstəliyə yoluxma hallarının sayı olduqca azdır.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Federal Mərkəzlərinin son məlumatlarına görə, ilin əvvəlindən bəri 20-dən çox ştatda 607 qızılcaya yoluxma təsdiqlənib. Ölkədə iki ölüm hadisəsi qeydə alınıb. 2024-cü ildə ABŞ-də ümumilikdə 285 qızılcaya yoluxma qeydə alınıb.


Вернуться назад