Главная > Dünya > Panama XİN təyinatından iki ay sonra Rusiyadakı səfirini geri çağırıb

Panama XİN təyinatından iki ay sonra Rusiyadakı səfirini geri çağırıb


8-04-2025, 10:30. Разместил: azadses
Panama Xarici İşlər Nazirliyi ölkənin Rusiyadakı səfiri Holman Delbert Katlin Toddu vəzifəyə başlamasından cəmi iki ay sonra geri çağırmaq qərarına gəlib.

“Report” xəbər verir ki, bu barədə “La Prensa” qəzeti Panama XİN-ə istinadən məlumat yayıb.

Diplomatik şöbə izah edib ki, səfir vəzifəsi sərbəst şəkildə təyin edilir və dəyişdirilə bilər və buna görə də onun vəzifədən azad edilməsi ictimai əsaslandırma tələb etmir.

Panamanın Moskvadakı diplomatik missiyasına kimin rəhbərlik edəcəyi hələlik məlum deyil.


Вернуться назад