Главная > Dünya > Çinin ABŞ ilə ticarəti 3 % artıb
Çinin ABŞ ilə ticarəti 3 % artıb14-04-2025, 14:00. Разместил: azadses |
Bu ilin yanvar-mart aylarında Çin ABŞ ilə ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 % çox - 154,58 milyard ABŞ dolları dəyərində ticarət aparıb. “Report” xəbər verir ki, bu barədə Çinin Baş Gömrük İdarəsi (BGİ) məlumat yayıb. Məlumata görə, I rübdə Çinin ABŞ-yə ixracının dəyəri 115,61 milyard dollar (4,5 % çox), bu ölkədən idxalının dəyəri isə 38,97 milyard dollar (1,4 % az) təşkil edib. Eyni zamanda, hesabat dövründə Çin – Rusiya əmtəə dövriyyəsi illik müqayisədə 6,6 % azalaraq 53,21 milyard ABŞ dolları olub. Вернуться назад |