Главная > Dünya > İndoneziya sahilində güclü zəlzələ olub

İndoneziya sahilində güclü zəlzələ olub


17-04-2025, 08:54. Разместил: azadses
İndoneziyada Sulavesi adasının sahilində 5,6 maqnitudalı zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti bildirib.

Qeyd olunub ki, yeraltı təkanların episentri təqribən 10 min nəfərin yaşadığı Modisi şəhərindən 46 km cənub-şərqdə olub. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntı barədə məlumat verilməyib.


Вернуться назад