Главная > Dünya > HƏMAS-ın Qəzzadakı lideri hərəkatın tərksilah edilməsinə qarşı çıxıb
HƏMAS-ın Qəzzadakı lideri hərəkatın tərksilah edilməsinə qarşı çıxıb18-04-2025, 08:55. Разместил: azadses |
Fələstinin Qəzza zolağında HƏMAS hərəkatının lideri Xəlil əl-Həyya radikalların tərksilah edilməsinə qəti şəkildə qarşı çıxıb. "Report"un məlumatına görə, onun videomüraciəti Qətərin "Al Jazeera" telekanalı tərəfindən yayımlanıb. "HƏMAS-ın və onun silahlarının mövcudluğu birbaşa işğalla bağlıdır. Silah gəzdirmək xalqımızın nümayəndələrinin təbii haqqıdır", - əl-Həyya deyib. O, həmçinin bildirib ki, İsrailin son təklifində “məqbul olmayan şərtlər” var. Əl-Həyya qeyd edib ki, Fələstinin HƏMAS hərəkatı vasitəçilərin martın sonunda irəli sürdükləri Qəzza zolağında atəşkəs təklifi ilə razılaşıb, İsrail isə şərtlərdən imtina edib. Вернуться назад |