Главная > Dünya > Çilidə 5,7 maqnitudada zəlzələ baş verib
Çilidə 5,7 maqnitudada zəlzələ baş verib18-04-2025, 13:07. Разместил: azadses |
Çilidə 5,7 maqnitudada zəlzələ qeydə alınıb. “Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, yeraltı təkanların episentri 143 min insanın yaşadığı Kalama şəhərindən 158 km cənub-şərqdə, ocağı 126 km dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Вернуться назад |