Главная > Dünya > NYT: ABŞ Kiyev üçün yeni hərbi yardım paketlərini müzakirə etmir
NYT: ABŞ Kiyev üçün yeni hərbi yardım paketlərini müzakirə etmir19-04-2025, 08:55. Разместил: azadses |
Nə Ağ Ev, nə də ABŞ Konqresi ölkənin keçmiş lideri Co Bayden administrasiyası tərəfindən təsdiqlənmiş resurslar tükəndikdən sonra Ukraynaya yeni hərbi yardım paketlərinin ayrılması imkanını müzakirə etmir. “Report” xəbər verir ki, bu barədə “New York Times” öz mənbələrinə istinadən məlumat yayıb. Nəşrin qeyd etdiyi kimi, hazırkı prezident Donald Trampın dövründə Birləşmiş Ştatlar Ukrayna ilə bağlı mövqeyini öz mənfəəti baxımından yenidən nəzərdən keçirib və indi Kiyevdən daha çox gəlir əldə edə biləcəyindən çıxış edir. Adı açıqlanmayan Avropa rəsmiləri də qəzetə bildiriblər ki, Qərb Vaşinqtondan ABŞ-nin gələcəkdə Ukrayna ilə genişmiqyaslı kəşfiyyat məlumatı mübadiləsini davam etdirəcəyinə dair təminat almayıb. Вернуться назад |