Главная > Dünya > Çin altı “Shiyan-27” peykini uğurla orbitə çıxarıb
Çin altı “Shiyan-27” peykini uğurla orbitə çıxarıb19-04-2025, 09:43. Разместил: azadses |
Çin altı “Shiyan-27” peykini uğurla orbitə çıxarıb. “Report” xəbər verir ki, bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) məlumat yayıb. Buraxılış Pekin vaxtı ilə saat 06:51-də (Bakı vaxtı ilə 02:51) Tayyuan kosmodromundan (Şansi əyalətinin şimalı) “CZ-6A” ilə həyata keçirilib. Bu, “Çançjen” seriyalı raketin 570-ci buraxılışıdır. Korporasiyanın məlumatına görə, orbitə buraxılan kosmik gəmi ilk növbədə kosmik mühitin öyrənilməsi və müvafiq texnoloji təcrübələrin aparılması üçün istifadə olunacaq. Modifikasiya edilmiş iki mərhələli “CZ-6A” 50 m uzunluğundadır və ekoloji cəhətdən təmiz yanacaqla - kerosin və maye oksigen qarışığı ilə işləyir. Raket Şanxay Kosmik Uçuş Texnologiyaları Akademiyası tərəfindən CASC ilə birgə hazırlanıb, dörd bərk yanacaq gücləndiricisi ilə təchiz olunub və orbitə (500 km) təxminən 6,5 ton faydalı yük çıxarmaq qabiliyyətinə malikdir. Вернуться назад |