Главная > Dünya > Bloomberg: ABŞ-də milyonerlər üçün vergilərin artırılması iqtidara 400 milyard dollar gətirə bilər
Bloomberg: ABŞ-də milyonerlər üçün vergilərin artırılması iqtidara 400 milyard dollar gətirə bilərBu gün, 08:55. Разместил: azadses |
Amerika milyonerləri üçün gəlir vergisinin 40 %-ə qədər artırılması ABŞ xəzinəsini 10 il ərzində təxminən 400 milyard dollar artıra bilərdi. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Agentliyin məlumatına görə, Yel Universitetinin nəzdindəki “Budget Lab” tədqiqat mərkəzində hesab edirlər ki, illik gəliri 1 milyon dollar və daha çox olan amerikalılar üçün vergilərin 40 %-ə qədər artırılması ilə iqtidar 420 milyard dollar əldə edə bilərdi. Öz növbəsində, “Tax Foundation” tədqiqat mərkəzinin hesablamalarına görə, qeyd olunmuş vergi artımı eyni müddət ərzində Amerika xəzinəsinə 358 milyard dollar gətirərdi. Hazırda ABŞ-də maksimal gəlir vergisi dərəcəsi 37 %-dir. Agentlik vurğulayıb ki, bu cür vergi artımı ABŞ Prezidenti Donald Trampın administrasiyasına respublikaçının dəstəklədiyi bəxşiş vergisinin ləğvindən yaranan itkiləri ödəməyə kömək edərdi. Bu vergidən imtina Amerika iqtidarına on illik müddətdə təxminən 118 milyard dollara başa gələ bilər. Aprelin əvvəlində “Semafor” portalı mənbələrə istinadən xəbər vermişdi ki, Tramp ölkənin ən varlı sakinləri üçün vergilərin artırılması ideyasını nəzərdən keçirməyə hazırdır. Nəşr qeyd edirdi ki, belə bir addım respublikaçılara Amerika işçi sinfinə verilən vədləri yerinə yetirməməkdə onları ittiham edən demokratların hücumlarından müdafiə olunmağa kömək edərdi. Вернуться назад |