Главная > Dünya > Cənubi Koreya dördüncü kəşfiyyat peykini orbitə çıxarıb
Cənubi Koreya dördüncü kəşfiyyat peykini orbitə çıxarıbBu gün, 10:31. Разместил: azadses |
Koreya Respublikasının dördüncü kəşfiyyat təyinatlı peyki uğurla hədəf orbitinə çıxarılıb. “Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Koreya Respublikası Müdafiə Nazirliyinə istinadən bildirib. Buraxılış Seul vaxtı ilə saat 09:48-də (Bakı vaxtı ilə 04:48) Florida ştatının Kanaveral burnundakı ABŞ Kosmik Qüvvələrinin bazasından həyata keçirilib. Aparat orbitə ABŞ-nin “SpaceX” şirkətinin “Falcon 9” raketi ilə çıxarılıb. Ümumilikdə, Koreya Respublikası 2025-ci ilin sonunadək daha bir peyk buraxmağı planlaşdırır. Orbitdəki beş aparat Seula KXDR-i iki saatlıq intervalla daimi müşahidə etmək imkanı verəcək. İlk kəşfiyyat peyki 2023-cü ilin dekabrında buraxılmışdı. Kosmik kəşfiyyatın öz potensialı Cənubi Koreya tərəfinin bu məsələdə ABŞ-dən asılılığını azaldacaq. 2023-cü il noyabrın 21-də KXDR özünün ilk “Malligyon-1” kəşfiyyat peykini buraxmışdı, bundan əvvəl iki uğursuz cəhd olmuşdu. Вернуться назад |