Главная > Dünya > Avropa şərablarında təhlükə: Zərərli kimyəvi maddələr kəskin artıb
Avropa şərablarında təhlükə: Zərərli kimyəvi maddələr kəskin artıbDünən, 14:00. Разместил: azadses |
2010-cu ildən sonra istehsal olunmuş Avropa şərablarında "əbədi kimyəvi maddələr"dən hesab olunan triftor sirkə turşusunun (TFA) miqdarı kəskin artıb. Oxu.Az "The Guardian"a istinadən xəbər verir ki, bu nəticələr "Pesticide Action Network Europe" (PAN Europe) təşkilatının araşdırmasında əksini tapıb. TFA pestisidlərdə və digər məhsullarda istifadə olunan bir maddədir. Araşdırma zamanı 1974-2024-cü illər arasında istehsal olunmuş 49 şərab nümunəsi təhlil edilib və 1988-ci ilə qədər istehsal olunmuş şərablarda TFA izinə rast gəlinməyib. 2010-cu ildən etibarən isə bu maddənin miqdarında kəskin artım müşahidə olunub. Araşdırma, həmçinin göstərir ki, TFA təbii şəkildə parçalanmır və su ilə təmizlənmir. Yüksək TFA ehtiva edən şərablarda həm də normadan xeyli artıq pestisid qalıqları aşkar edilib. Вернуться назад |