Главная > Dünya > Kəşmirdə terror törətməkdə şübhəli bilinən şəxslərin evlərində partlayışlar olub

Kəşmirdə terror törətməkdə şübhəli bilinən şəxslərin evlərində partlayışlar olub


25-04-2025, 15:42. Разместил: azadses
Cammu və Kəşmirdəki terror aktı ilə əlaqəsi olduğu ehtimal olunan şəxslərin yaşadıqları iki evdə partlayışlar baş verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə PTI agentliyi məlumat yayıb.

Rəsmilərin agentliyə verdiyi məlumata görə, təhlükəsizlik qüvvələri "Ləşkər-e-Taiba" qruplaşmasının iki üzvünün evlərində axtarış apardığı zaman bu binalarda yerləşdirilmiş partlayıcı qurğu partlayıb.

Partlayış nəticəsində binalar dağılıb. Ölən və ya xəsarət alanlar barədə məlumat verilməyib.


Вернуться назад