Главная > Dünya > “TikTok”un rəhbəri istefa verdi
“TikTok”un rəhbəri istefa verdi27-08-2020, 10:05. Разместил: azadses |
Məşhur “TikTok” video xidmətinin icraçı direktoru Kevin Mayer Prezident Donald Trampın tətbiqi qadağan edəcəyi ilə bağlı hədələrindən sonra istefa verdiyini açıqlayıb. “Azad Səs” “Financial Times” qəzetinə istinadən xəbər verir ki, Mayerin istefasına səbəb Trampın “TikTok”la bağlı imzaladığı fərman olub. Belə ki, fərmanda “TikTok” tətbiqinin yaradıcısı “ByteDance” şirkətinin 90 gün ərzində ABŞ-dakı bütün aktivlərini satması şərt qoyulub. Həmçinin bildirilib ki, şirkət bu müddət ərzində istifadəçilərdən yığılan bütün məlumatları silməli və Xarici İnvestisiya Komitəsinə məlumat verməlidir.Qeyd edək ki, Kevin Mayer 2020-ci ilin mayında “TikTok”un baş icraçı direktoru təyin olunub. Sənədə əsasən, istefadan sonra hazırkı baş menecer Vanessa Pappas “TikTok”un müvəqqəti icraçı direktoru olacaq. Вернуться назад |