Главная > Dünya > Erməni hakim korrupsiya işi çərçivəsində həbs edilib

Erməni hakim korrupsiya işi çərçivəsində həbs edilib


1-05-2025, 08:00. Разместил: azadses
İrəvanın Şenqavit məhkəməsinin hakimi Artuş Qabrielyan korrupsiya işi çərçivəsində iki ay müddətinə həbs edilib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə onun vəkili Erik Aleksanyan məlumat verib.

Onun sözlərinə görə, Qabrielyan "Vardaşen" cəzaçəkmə müəssisəsinə köçürülüb.

Daha əvvəl KİV yazmışdı ki, A.Qabrielyan məhkəmə zalından birbaşa gətirilib və onun sədrliyi altında keçirilən iclas təxirə salınıb.

Aprelin 30-da Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən bildirilib ki, Şenqavit məhkəməsində istintaq tədbirlərindən sonra iki nəfər həbs edilib. Həbs olunanlardan biri hakim Artuş Qabrielyanın köməkçisi, digəri isə onun dostudur.

Ötən il Ermənistan Baş Prokurorluğu A.Qabrielyan və onunla əlaqəli şəxslərin qanunsuz hesab edilən əmlakının müsadirə edilməsini tələb etmişdi. Söhbət beş daşınmaz əmlak, 62,81 milyon dram (təxminən 163 min dollar) və dörd avtomobildən gedir.


Вернуться назад