Главная > Dünya > Bloomberg: ABŞ çip ixracı normalarını yenidən nəzərdən keçirir

Bloomberg: ABŞ çip ixracı normalarını yenidən nəzərdən keçirir


Dünən, 13:06. Разместил: azadses
ABŞ Prezidenti Donald Trampın administrasiyası əvvəlki Amerika lideri Cozef Bayden dövründə qəbul edilmiş, ölkədə istehsal olunan süni intellekt (Sİ) texnologiyaları üçün çiplərin ixracı qaydalarından imtina etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən bildirib.

Agentlik qeyd edib ki, ixrac nəzarəti normalarının yenidən nəzərdən keçirilməsi Trampın Yaxın Şərqə səfərinin hazırlanması ilə üst-üstə düşüb. Regionun bəzi ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri əvvəllər Amerika şirkətlərindən Sİ çiplərinin alınmasına qoyulan məhdudiyyətlərdən narazılıqlarını bildirmişdilər. Agentliyə görə, indi onlar Vaşinqtonla daha əlverişli tədarük şərtlərini razılaşdırmaq imkanı əldə edəcəklər.

Məlumata görə, Bayden dövründə qəbul edilmiş, Amerika çiplərini idxal edən ölkələri məhdudiyyət səviyyəsinə görə üç kateqoriyaya bölən qərar, əvvəllər gözlənildiyi kimi, mayın 15-də qüvvəyə minməyəcək. Rusiya, İran, Çin və bir sıra digər dövlətlər Bayden tərəfindən maksimum qadağaların tətbiq olunduğu üçüncü kateqoriya ölkələrə daxil edilmişdi. “Bloomberg”in yazdığına görə, Tramp administrasiyası kateqoriyalardan imtina edən və Amerika mikrosxemlərini Çinə ötürən ölkələrə, məsələn, Malayziya və Tailanda qarşı ayrıca ixrac məhdudiyyətlərinin tətbiqini nəzərdə tutan yeni qayda üzərində fəal işləyir.

“Baydenin Sİ sahəsində çip tədarükü qaydası həddindən artıq mürəkkəb, həddindən artıq bürokratik və Amerika innovasiyalarının inkişafına mane olacaq. Biz onu ABŞ-nin Sİ sahəsində üstünlüyünü təmin edəcək daha sadə qayda ilə əvəz edəcəyik”, – ABŞ Ticarət Nazirliyinin nəzdində Sənaye və Təhlükəsizlik Bürosunun mətbuat katibi nəşrə deyib.


Вернуться назад