Главная > Dünya > KTMT-nin Baş katibi: Hindistan və Pakistan münaqişənin deeskalasiyası üçün bütün imkanlardan istifadə etməlidir

KTMT-nin Baş katibi: Hindistan və Pakistan münaqişənin deeskalasiyası üçün bütün imkanlardan istifadə etməlidir


Dünən, 10:30. Разместил: azadses
Hindistan və Pakistan münaqişənin deeskalasiyası üçün bütün imkanlardan istifadə etməlidir.

"Report" Qırğızıstan KİV-inə istinadən xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi İmanqali Tasmaqambetov Bişkekdə keçirilən təşkilatın Parlament Assambleyası Şurasının iclasında bildirib.

"Hindistan və Pakistan arasında münasibətlərin kəskin şəkildə pisləşməsi və ciddi silahlı toqquşmalara gətirib çıxarması narahatlıq doğurur. Son vaxtlar qarşıdurmanın şiddətinin azalmasına baxmayaraq, münaqişənin qaynar fazaya keçməsi potensialı yüksək olaraq qalır", - o bildirib.


Вернуться назад