Главная > Dünya > Kolumbiyada avtobus qəzası nəticəsində azı 10 nəfər ölüb

Kolumbiyada avtobus qəzası nəticəsində azı 10 nəfər ölüb


Bu gün, 12:10. Разместил: azadses
Kolumbiyanın qərbində tələbələri daşıyan avtobusun baryerə çırpılması nəticəsində azı 10 nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə qəza qurbanlarının təhsil aldığı Aleksandr fon Humboldt Universiteti məlumat yayıb.

"Avtobusda 22 tələbə, iki müəllim və müəssisəmizin rabitə şöbəsinin əməkdaşı olub", - rektor Dieqo Xaramilyo Lopez universitetin instaqramdakı səhifəsindəki müraciətində deyib.

Təhsil müəssisəsi yeddi tələbə və üç universitet əməkdaşı olmaqla, ölənlərin siyahısını açıqlayıb. “Caracol” telekanalının məlumatına görə, qəza nəticəsində 8 tələbə ölüb.

Təcrübədən qayıdan tələbələri daşıyan avtobus körpünün baryerinə çırpılıb. İlkin məlumata görə, sürücü idarəetməni itirib.


Вернуться назад