Главная > Dünya > Misir sərhədçiləri 24 milyon dollar məbləğində narkotik maddə müsadirə ediblər

Misir sərhədçiləri 24 milyon dollar məbləğində narkotik maddə müsadirə ediblər


30-05-2025, 08:00. Разместил: azadses
Misirdə sərhədçilər 24 milyon dollar dəyərində narkotik daşınmasını müsadirə edib.

Bu barədə "Report" ölkənin silahlı qüvvələrinə istinadən xəbər verir.

Narkotiklər tərəvəz daşınan yük maşınında gizlədilib. Çəkisi 12 tondan çox olan yük Süveyş kanalının altından keçən Əhməd Həmdi tunelinin yaxınlığında müsadirə edilib.

Müsadirə edilən narkotik vasitələr qanuni tədbir görülməsi üçün aidiyyəti üzrə təhvil verilib.


Вернуться назад