Главная > Dünya > Rusiyanın Bryansk vilayətinin qubernatoru: Qatarın hərəkəti zamanı körpü partladılıb

Rusiyanın Bryansk vilayətinin qubernatoru: Qatarın hərəkəti zamanı körpü partladılıb


1-06-2025, 13:05. Разместил: azadses
Rusiyanın Bryansk vilayətində qatar körpünün partlaması nəticəsində relsdən çıxıb.

"Report"un məlumatına görə, bu barədə regionun qubernatoru Aleksandr Boqomaz "Rossiya-24" telekanalının efirində bildirib.

“388 sərnişinin olduğu Klimov-Moskva qatarının hərəkəti zamanı magistralda körpü partlayışı baş verib", - o deyib.

Qeyd edək ki, hadisə zamanı 7 nəfər ölüb, 69 nəfər yaralanıb.


Вернуться назад