Главная > Dünya > İlin əvvəlindən İrəvan-Bakı-İrəvan marşrutu üzrə iki dövlət reysi həyata keçirilib

İlin əvvəlindən İrəvan-Bakı-İrəvan marşrutu üzrə iki dövlət reysi həyata keçirilib


4-06-2025, 11:30. Разместил: azadses
Bu ilin yanvar ayından iyun ayınadək İrəvandan Bakıya və əks istiqamətdə iki dövlət reysi həyata keçirilib.

"Report" xəbər verir ki, bu barədə “Sputnik-Armeniya”ya Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi məlumat verib.

"Bu il İrəvan-Bakı marşrutu üzrə bir reys və əks istiqamətdə bir reys həyata keçirilib. Hər iki halda, bortda yüksək vəzifəli xarici şəxslər olub", - qurumdan bildirilib.

Nazirlikdən qeyd ediblər ki, əlavə məlumata malik deyillər, çünki dövlət reysləri üçün icazələri Ermənistan Xarici İşlər Nazirliyi verir.

Daha əvvəl bildirilmişdi ki, 2020-ci ildən İrəvan-Bakı-İrəvan marşrutu üzrə hava əlaqəsi yalnız beynəlxalq nümayəndə heyətlərinin daşınması üçün dövlət reysləri formatında həyata keçirilir. Marşrutun işə salınmasından bəri 68 belə uçuş həyata keçirilib.


Вернуться назад