Главная > Dünya > Kayrat Kambarov: Qazaxıstan gender bərabərliyinin təmin edilməsi üçün sistemli tədbirlər həyata keçirir
Kayrat Kambarov: Qazaxıstan gender bərabərliyinin təmin edilməsi üçün sistemli tədbirlər həyata keçirir12-06-2025, 15:44. Разместил: azadses |
Qazaxıstan ictimai həyatın bütün sahələrində kişi və qadınların bərabər hüquq və imkanlarının təmin edilməsi və cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin istənilən formasının aradan qaldırılması istiqamətində ardıcıl addımlar atır. “Report” xəbər verir ki, bunu Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinin Gənclər və Ailə Məsələləri Komitəsinin sədri Kayrat Kambarov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin və qurum rəhbərlərinin ikinci iclasında bildirib. Onun sözlərinə görə, Qazaxıstan hökuməti rəhbər strukturlarda bərabərliyə xüsusi əhəmiyyət verir. Вернуться назад |