Главная > Dünya > İran Baş Qərargahının sözçüsü: Tehran İsrailin hücumlarına sərt cavab verəcək

İran Baş Qərargahının sözçüsü: Tehran İsrailin hücumlarına sərt cavab verəcək


13-06-2025, 11:20. Разместил: azadses
İsrail İran ərazisinə, o cümlədən yaşayış binalarına zərbələr endirib.

“Report” “İRNA”ya istinadən xəbər verir ki, bunu İran Baş Qərargahının sözçüsü, briqada generalı Əbülfəzl Şekarçi bəyan edib.

Onun sözlərinə görə, Tehran İsrailin ABŞ-nin dəstəyi ilə həyata keçirdiyi hücumlara sərt cavab verəcək.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri Tehran yaxınlığındakı hərbi bazalara, o cümlədən Natanz nüvə obyektinə hücum edib.


Вернуться назад