Главная > Dünya > Belarus XİN İrandan vətəndaşlarının təxliyəsinə görə Azərbaycana minnətdarlıq edib
Belarus XİN İrandan vətəndaşlarının təxliyəsinə görə Azərbaycana minnətdarlıq edibDünən, 12:11. Разместил: azadses |
Belarusun 23 vətəndaşı iyunun 16-da İrandan təxliyə edilib. "Report" “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidməti məlumat verib. "Belarus vətəndaşlarının iki qrupu (ümumilikdə 23 nəfər) iyunun 16-da İran İslam Respublikasından uğurla çıxıblar. Belarus vətəndaşları ilə birlikdə İranı üç Rusiya vətəndaşı da tərk edib", - məlumatda vurğulanıb. Belarus xarici siyasət idarəsi vətəndaşlarının təxliyəsi üçün yaradılmış şərait və imkana görə Azərbaycan və iranlı tərəfdaşlarına minnətdarlıq ifadə ediblər. Вернуться назад |