Главная > Dünya > Binəli Yıldırımla xanımı koronavirusa yoluxdu
Binəli Yıldırımla xanımı koronavirusa yoluxdu3-09-2020, 15:03. Разместил: azadses |
![]() “Qafqazinfo” “Sözcü” qəzetinə istinadən xəbər verir ki, bu barədə türkiyəli siyasətçi öz tvitter hesabında məlumat verib. “Bu səhər bədənimizin narahatlığı səbəbindən Semiha xanımla Ankara Şəhər Xəstəxanasına müraciət etdik. Müayinələr nəticəsində COVID-19 testimizin nəticəsi müsbət oldu”,-deyə B. Yıldırım qeyd edib. O, müalicəni evdə davam edəcəklərini bildirib: “Vəziyyətimiz yaxşıdır, negativ bir şey yoxdur. Həkimlərimiz prosesi evdə keçirməyimizi uyğun saydılar. Vətəndaşlarımızı TMM (təmizlik, maska, məsafə) qaydalarına riayət etməyə çağırırıq. Dua edirik, dualar gözləyirik”. Вернуться назад |