Главная > Dünya > Deputat koronavirusa yoluxdu
Deputat koronavirusa yoluxdu13-09-2020, 14:08. Разместил: azadses |
Gürcüstan parlamentinin daha bir deputatı Gedevan Popxadzenin koronavirusa yoluxduğu təsdiqlənib. ''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, o, ötən gün yüksək temperaturla xəstəxanaya müraciət edib. Deputatın COVID-19-la bağlı testi pozitiv nəticələnib. Qeyd edək ki, bundan öncə deputat Levan Qoqiçaişviliyə də koronavirus diaqnozu qoyulub. Hər iki deputat “Bizim Gürcüstan - Həmrəylik Alyansı” Partiyasında təmsil olunur. Siyasi təşkilatın digər liderləri özünütəcrid rejimindədirlər.Report Вернуться назад |