Главная > Dünya > Gürcüstan Reqbi İttifaqının binası qarşısında atışma olub, yaralı var

Gürcüstan Reqbi İttifaqının binası qarşısında atışma olub, yaralı var


16-09-2020, 16:00. Разместил: azadses
Gürcüstan Reqbi İttifaqının binası qarşısında baş verən atışma nəticəsində bir nəfər yaralanıb.
“Report” “Sputnik Qruziya”ya istinadən xəbər verir ki, bunu qurumun prezidenti səlahiyyətlərini icra edən Tornike Qoqebaşvili bildirib.
Onun sözlərinə görə, ayağından yaralanmış şəxs hospitala yerləşdirilib.
Hadisə yerində polis araşdırma aparır, ittifaqın əməkdaşları sorğu-sual edilir.
Gürcüstan Reqbi İttifaqında problemlər bu ilin avqustunda başlayıb. 31 klubdan ibarət təşəbbüs qrupu qurumdan 4 illik, 2016-cı ildən indiyədək ötən dövr üçün maliyyə hesabatı tələb edib. 4 ildən artıq ittifaqın prezidenti olmuş Qoça Svanidze istefa verib. Onun istefasına səbəb kimi Gürcüstanda reqbi üzrə çempionatın keçirilməməsi göstərilir. Bundan sonra naməlum səbəblərdən qurumun prezidenti səlahiyyətlərini icra edən Georgi Qorqaslidze də istefa verib. Avqustun 16-da yaranmış vəziyyətlə bağlı Gürcüstanın Baş naziri Georgi Qaxaria da təşəbbüs qrupunun üzvləri ilə görüşüb. Baş nazir reqbiçilərə müvəqqəti menecerin başçılıq edəcəyini boyun olub, habelə onlara dekabr ayında quruma prezident seçmək üçün qurultaya hazırlaşmağı məsləhət görüb.

Вернуться назад