Главная > Dünya > Parisdə bomba həyəcanı - Eyfel qülləsi bağlandı

Parisdə bomba həyəcanı - Eyfel qülləsi bağlandı


23-09-2020, 15:36. Разместил: azadses
Parisdə Eyfel qülləsinin əməkdaşları və ziyarətçiləri təxliyə edilib.
''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, buna partlayış təhdidi ilə bağlı anonim zəng səbəb olub.
Polis bildirib ki, qüllənin ətrafı əhatəyə alınıb. Mümkün partlayıcı qurğunun axtarışları aparılır.
Eyni zamanda, anonim zəngin mənbəyi ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar Eyfel qülləsi 3 ay bağlı qalmışdı. //Trend

Вернуться назад