Главная > Dünya > Ukraynada AN-26 təyyarələrinin uçuşu dayandırıldı

Ukraynada AN-26 təyyarələrinin uçuşu dayandırıldı


26-09-2020, 16:47. Разместил: azadses
Ukrayna Prezidenti Vladimir Zelenski AN-26 tipli hərbi təyyarələrlə uçuşların dayandırılması haqqında əmr imzalayıb.

''Azad Səs'' Unikal.org-a istinadən xəbər verir ki, bu barədə Prezident Aparatı rəhbərinin müavini Oleq Tatarov bildirib.

Onun sözlərinə görə, Xarkov vilayəti yaxınlığında hərbi təyyarənin qəzaya uğrama səbəbi məlum olanadək tapşırıq qüvvədə qalacaq.

"Prezident faciənin səbəbləri aydınlaşana qədər oxşar təyyarələrin iştirakı ilə uçuşların dayandırılması barədə əmr verib. Müdafiə naziri və Baş Qərargah rəisi artıq əmri yerinə yetirməyə başlayıblar",- deyə Tatarov vurğulayıb.

Вернуться назад