Главная > Dünya > Fransada güclənən islamafobiya: Müsəlmanların Makrona nifrəti artır

Fransada güclənən islamafobiya: Müsəlmanların Makrona nifrəti artır


30-10-2020, 13:39. Разместил: azadses
“2017-2019-cu illərin hesabatlarında qeyd olunur ki, Fransada islamafobiyanı özündə əks etdirən olaylar 77 faizə yüksəlib. Ölkədə islamafob baxışların artması bir çox səbəblərlə bağlıdır”.

''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib. Onun sözlərinə görə, Fransada islamafobiyanın artmasında daxili siyasətlə yanaşı xarici siyasətin də təsiri var ki, bu da Türkiyə ilə girdiyi siyasi toqquşmalardır:

"Xüsusilə Liviya, Afrikanın şimal-şərqində olan olaylar Fransa siyasətinin uduzmasına səbəb olur. Hazırda bir çox ölkələr Ərdoğanın siyasətindən yanadırlar. Elə bu siyasət, xüsusilə Liviyada Fransanı ağır məğlubiyyətə uğradıb. Bundan əlavə, Şərqi Aralıq dənizi siyasəti də Fransanın məğlubiyyəti ilə nəticələndi. Bütün bunların hamısı Makronun xarici siyasətində anti-İslam meyllərini ortaya çıxartdı. O, bu meylləri qüvvətləndirməklə həm sosial təbəqələri öz yanına çəkmək, həm də arxasında fransız xalqı olduğunu göstərmək istəyir. Hazırda İslam ölkələrində Fransa əleyhinə böyük bir narazılıq yaranıb. İslam aləmində Fransa anlayışı və onların yürütdüyü siyasət böyük nifrətlə qarşılanır”.

Siyasi şərhçi bildirib ki, Makronun nümayiş etdirdiyi mövqe digər ölkələr tərəfindən dəstəklənmir:

“Hazırda Qarabağda Azərbaycanın apardığı müharibə də bu məsələnin bir tərəfidir. Makronun Ermənistanın tərəfində dayanmasının əsas səbəblərindən biri də Xristian dinidir. Lakin bu amil digər ölkələr tərəfindən bir o qədər də dəstəklənmədi. Çünki bu, sadəcə Makronun subyektiv baxışı idi".



Вернуться назад