Главная > Dünya > Venesiyada erməni terroruna etiraz edilib

Venesiyada erməni terroruna etiraz edilib


30-10-2020, 17:38. Разместил: azadses
İtaliyada yaşayan və təhsil alan azərbaycanlılar, eləcə də türk icmasının nümayəndələri  Venesiya şəhərində Gəncə və Bərdədə işğalçı Ermənistan ordusunun terror aktları törətməsini, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların qətlə yetirilməsini yaşadıqları cəmiyyətə çatdırmaq üçün aksiya keçiriblər . 
''Azad Səs'' Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Azərbaycan İtaliya Gənclər Assosiasiyasının təşkilatçılığı ilə baş tutan aksiyada  həmvətənlərimiz əllərində Ermənistanın işğalçı siyasətini, Gəncə və Bərdə şəhərlərində ermənilərin törətdiyi terror aktlarını əks etdirən məlumat xarakterli lövhələr tutublar. Aksiya iştirakçılarına yaxınlaşan çoxsaylı şəhər sakinlərinə və turistlərə işğalçı Ermənistan ordusunun terror aktları və mülki insanlara qarşı istifadəsi qadağan olunan kasetli raketlər ilə Azərbaycanın dinc sakinlərinin hədəfə alınması barədə məlumat verilib.
Bundan əlavə, şəhər sakinləri xüsusi skan-koddan istifadə etməklə Ermənistanın törətdiyi vəhşiliklərlə bağlı italyan dilində hazırlanmış məlumatlarla, eləcə də şəkillərlə tanış ola biliblər.  

Вернуться назад