Главная > Dünya > Türkiyədə 1031 terrorçu zərərsizləşdirilib

Türkiyədə 1031 terrorçu zərərsizləşdirilib


14-11-2020, 11:10. Разместил: azadses
Türkiyə ordusu 2020-ci il ərzində 1031 terrorçunu zərərsizləşdirib.
''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb. Açıqlamada qeyd edilib ki, həyata keçirilən əməliyyatlarda, 981-i son bir ayda olmaqla, 2020-ci il ərzində ümumilikdə, 1031 terrorçu zərərsizləşdirilib.
 
Açıqlamada Rusiya Federasiyası nümayəndə heyəti və Türk-Rusiya Birgə Müşahidə Mərkəzinin görüşlərinin bu gün də davam etdiriləcəyi də bildirilib:
"Liviyada siyasi həll yolu ilə aparılan danışıqlar yaxından izlənilir. Nazir Akar bu gün Liviya Müdafiə naziri ilə görüşəcək".



Вернуться назад