Главная > Dünya > Nigeriyada toqquşma zamanı onlarla insan öldürülüb, xeyli yaralı var

Nigeriyada toqquşma zamanı onlarla insan öldürülüb, xeyli yaralı var


15-11-2020, 10:50. Разместил: azadses
Nigeriyanın Edo ştatının polis rəsmisi iki qrup arasında onlarla insanın ölümü və xəsarət alması ilə nəticələnən silahlı toqquşmanın baş verdiyini bildirib.
Bu barədə ''Report'' "Anadolu" agentliyinə istinadən xəbər verir.
Bildirilir ki, toqquşma nəticəsində 18 nəfər həlak olub. Məlumata görə, öldürülənlər arasında 2 polis əməkdaşı da var.
Polis rəsmisi qeyd edib ki, toqquşma nəticəsində habelə xeyli sayda insan yaralanıb. Hadisə zamanı mülki obyektlərə də ziyan vurulub, çoxlu sayda ev yandırılıb.
Bölgəyə təhlükəsizlik qüvvələri cəlb edilib. Məlumata görə, hazırda vəziyyət nəzarət altındadır.
Edo ştatında ayrı-ayrı silahlı qruplar arasında toqquşmalar tez-tez zorakılıqlara, xeyli insanın ölümünə, talanlara səbəb olur.

Вернуться назад